Teistik satanizm

Lusifer möhürü "Grimorium Verum" qrimuarından götürülmüş 1999-cu ildə Maykl Ford tərəfindən yazılmış "Cadugər ayı kitabı",[1] daha sonra isə "Lusifer fəlsəfəsi" və "Fosforun əmri" kitablarında istifadə edilmişdir. Möhür 2007-ci ildə Ağsaqqallar kilsəsinin əsas simvolu kimi mənimsənmişdir.

Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə[a] hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir.[4]

Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər.[5]

  1. Ford, Michael. Book of the Witch Moon. Houston, TX: Succubus Publishing. 1999–2006. 342. ISBN 9781411681361.
  2. Petric, Xristofer Hyu. The Re-enchantment of the West (ingilis). 2004. səh. 82. May 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2019.
  3. "Prayers to Satan". theisticsatanism.com (ingilis). April 15, 2019 tarixində arxivləşdirilib.
  4. "MLO" (ingilis). Angelfire.com. May 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2019.
  5. "The Origins of Satan, Why Sumeria?" (ingilis). April 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2019.


Sitat səhvi: " lower-alpha " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="lower-alpha"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search